“Kaxovka SES içəridən partladılıb”- “The New York Times”

“Dneprdəki Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasının ən çox ehtimal olunan səbəbi içəridən yaranan partlayış olub”.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” mütəxəssislərə istinadən yazır.

Nəşr qeyd edir ki, bəndin strukturun çökməsi və ya xaricdən atəşə tutulması nəticəsində dağılması ehtimalı daha aşağıdır.

SES-ə nəzarət edən Rusiya qoşunlarının onu minaladığı faktı ötən ilin oktyabrında Ukrayna tərəfindən açıqlanıb. Dünən isə prezident Vladimir Zelenski Rusiyanı su elektrik stansiyasını minalamaqda və partlatmaqda ittiham edib.

Rusiya müdafiə naziri Sergey Şoyqu və Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildiriblər ki, təxribat Ukrayna tərəfindən Krımı sudan məhrum etmək və hücumun uğursuz başlanğıcını gizlətmək üçün edilib. Rusiya dövlət mediası da bəndin dağılmasını Ukrayna tərəfindən atəşə tutulması ilə əlaqələndirib.

Zelenski su elektrik stansiyasının bu şəkildə zədələnməsi ilə bağlı iddiaları rədd edib. Onun fikrincə, bu, fiziki cəhətdən qeyri-realdır. “The New York Times”a danışan ekspertlər Zelenski ilə razılaşırlar. Onların fikrincə, zərər qapalı otaqda baş verən partlayışdan qaynaqlanır və onun bütün enerjisi strukturunn dağılmasına yönəlib. Bu vəziyyətdə də istənilən effekt üçün yüzlərlə kiloqram partlayıcı lazımdır. Çöldə yerləşdirilən bombanın partlayışı və ya raket zərbələri isə o effekti yarada bilməz.

Azpost.info

Əvvəlki məqalə

Tacikistan da Rusiyaya “yox” dedi

Sonrakı məqalə

Mərkəzi Bankın əməkdaşı “Günay Sığorta”nın rəhbərliyinə gətirilib