Keçən il Gürcüstanda ÜDM istehsalı 10,6 faiz artıb

Gürcüstanda 2021-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalı 10,6 faiz artıb.

Gürcüstan Milli Statistika Xidmətinin yanvarın 31-də yayımladığı hesabatda yer alıb.

Bildirilir ki, dekabr ayında ÜDM istehsalı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artıb.

Keçən ilin dekabrında artım əsasən sənaye istehsalı, nəqliyyat və anbar fəaliyyəti, ticarət, mehmanxana və restoran, elektrik enerjisi və qaz təchizatı, daşınmaz əmlak, incəsənət, əyləncə və istirahət sahələrində qeydə alınıb.

Qeyd olunur ki, 2021-ci ildə ÜDM artımı 2019-cu illə müqayisədə 3 faiz olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir