Kiber dələduzlar dünən vətəndaşların kartından 50 min manat oğurlayıblar

Kiber dələduzlar dünən ayrı-ayrı vətəndaşların bank kartlarından 50 min manatdan çox pul oğurlayıblar.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
İyunun 11-də ayrı-ayrı vətəndaşların aldadılaraq bank kartı məlumatları alınmaqla – 7950, 1800, 1050, 350, 205, 300, 4000, 900, 82, 565, 1480, 600, 50, 100, 1826, 48, 32 manat və 7000 ABŞ dollarını naməlum şəxslər talayıblar.
DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, kiber məkanda aldatma sxemləri tez-tez dəyişir, lakin prinsiplər dəyişmir: “Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Alış-veriş saytlarında əşya, maşın, daşınmaz əmlak – ev, bağ, mənzil, torpaq satırsınız, yaxud almaq istəyirsiniz. Sizə bunu almaq üçün zəng edilə bilər, ya da siz zəng edə bilərsiniz. Ancaq canlı təmas olmadan virtual, naməlum şəxslərlə sövdələşməyə gedib şəxs məlumatları naməlum şəxslərə ötürməyin”.
Əvvəlki məqalə

Bakı məktəblərində müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?

Sonrakı məqalə

Radardan itən vitse-prezident təyyarə qəzasında həlak olub