Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Kilosu 200 manata olan meyvə: “İnsaf da yaxşı şeydir”

Orkhan Ali 15 Fevral 2025 - 22:02 (Last updated: 21 May 2025 - 20:15)
cdeda43fa007f563e11f216b2af8f994_IMG-20250215-WA0012

Son illərdə Azərbaycana xaricdən gətirilən ekzotik meyvələrin çeşidi artıb. Sosial şəbəkələrdə bu meyvələrin geniş reklamı aparılır və onların faydaları vurğulanır.

Lakin qiymətlərin həddən artıq baha olması müzakirələrə səbəb olub. Məsələn, quanabana, əjdaha meyvəsi, tamarillo, ilan meyvəsi və sair kimi meyvələrin qiyməti yerli bazardakı adi meyvələrdən dəfələrlə yüksəkdir. Onların bəzilərinin kilosunun qiyməti 150-200 və daha çoxdur.

Satıcılar bunun əsas səbəbini nəqliyyat və gömrük xərcləri, həmçinin məhsulun nadir olması ilə izah edirlər. Bəzi vətəndaşlar bu meyvələri dadmaq üçün baha qiymətə almağa razı olsalar da, əksəriyyət onları əlçatan hesab etmir. Mütəxəssislər qeyd edirlər ki, ekzotik meyvələrin qidalanmada əvəzedilməz rolu yoxdur.

Bununla belə, sosial şəbəkələrdə aparılan marketinq kampaniyaları bəzi insanlar arasında bu məhsullara marağı artırır. Ekspertlər hesab edirlər ki, qiymətlərin tənzimlənməsi və daha əlçatan olması üçün idxal prosesinə nəzarət gücləndirilməlidir.

Qaynarinfo xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan qida eksperti Fərid Səfərovun sözlərinə görə, artıq il ərzində meyvə və tərəvəz satılan piştaxtalarda demək olar ki, bütün meyvə və tərəvəzləri görmək mümkündür:

“Onların içərisində qiymətini görəndə çox təəccübləndirəcək ekzotik meyvələr də var. Belə bir sual yaranır, nə üçün bu qədər bahadır bu ekzotik meyvələr? Ona görə ki, bu meyvələr dünyanın hər yerində yetişmir, yəni, hər bir iqlim şəraitinə uyğunlaşdırmaq və yetişdirmək çətindir. Burada bəzi meyvə və tərəvəzləri istisna etmək olar, ölkəmizdə bilmirəm, amma Türkiyədə avokado və pitaya adlı meyvə yetişdirilir. Bu qiymətin baha olmasının birinci səbəbidir”.

Ekspert qeyd edib ki, digər bir səbəb isə çətinliklə əldə edilən hər bir qida insanlar üçün hər zaman çox daha cazibəli olur, ona görə də bunu fürsət bilən satıcılar və ya istehsalçılar qiyməti qaldırırlar:

“Başqa bir səbəb də – ekzotik meyvələr çox fərqli dada və çox gözəl görüntüyə sahibdir və bu da təbii ki, qiymətə birbaşa təsir edir. Dünyada olan bütün nemətlər insanlar üçündür, hər kəsin də bu nemətlərin dadına baxmağa haqqı çatır, təbii ki, insaf da yaxşı şeydir”.

Post navigation

Previous: “Fotoxronika”: Tetçer Bakıda neft müqaviləsi mərasimində –
Next: Putin və Tramp fevralın sonunda görüşəcək –

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.