Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Maraqlı

Kilosu 55 manata olan “Xalyar” – Əsrarəngiz faydalara malik bitki

Orkhan Ali 27 İyul 2025 - 12:07 (Last updated: 27 İyul 2025 - 10:53)
Xalyar

Xalyar

Qiyməti 2 kq quzu ətinə bərabər bir çoxunun tanımadığı faydalı bitkidən bəhs edəcəyik.
Söhbət Şimal-qərb bölgəsində əsasən Qax rayonu ərazisində yetişən “Xalyar” adlı bitkidən gedir. Bu bitkini demək olar ki, ölkəmizdə çox az adam tanıyır. Səbəb isə bitkinin çətin əldə edilməsidir. Bu bitkiyə adətən Qax, Zaqatala, Balakən rayonlarının meşələrində rast gəlmək mümkündür.

Qax rayon sakini Afaq Abbasovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə bu qeyri-adi dada malik soğanabənzər bitkinin qiyməti 25-55 manat arası təşkil edir. O, bitkinin adətən meşə massivində yetişdiyini, yığılmasının çox çətin olduğunu bildirdi:

“Xalyar bitkisindən hazırlanan yeməklər Qax mətbəxinin ən sevilən yeməklərindən hesab olunur. Adətən yetişməsi fevral ayının əvvəllərindən başlanılır. Soğan bitkisinə bənzəsə də, dadı daha çox sarımsağı xatırladır. Biz buna el arasında xəlyar da deyirik. Yığılması çox çətin olan bu dadına doymadığımız bitki adətən meşələrdə kolluqların sıx olduğu yerlərdə bitir.

Fevral ayının əvvəllərində yarpaq açmadığı üçün biz onu tək-tək qurumuş ağacın yarpaqlarını eşələyərək tapıb yığırıq. Bu səbəbdən bir günə maksimum 1-1,5 kq xalyar yığmaq mümkün olur. Sonra yarpaqladıqda isə bir qədər yığılması asanlaşır. Amma çox insanlarımız onu yarpaq açmadan yeməyi xoşlayır”

A. Abbasova söhbət əsnasında onu da bildirdi ki, əvvəlki illərdə meşələrin sıx olması səbəbindən bu bitkiyə daha çox rast gəlmək mümkün olub. İndi isə artıq xalyar bitkisinin kökü kəsilmək üzrədir. Bu səbəbdən bir çox insanlar bunun toxumunu əldə edərək öz bağlarında yetişdirmək qərarına gəliblər.

Bundan başqa həmsöhbətimiz bu bitkinin faydalarından, hazırlanma qaydasından və qiymətindən də söhbət açdı.

“Xalyarın faydalarını sadaladıqca bitmir. Zehni tənzimləyir, konsentrasiyanı artırır, yaddaşı gücləndirir və həzm prosesini tənzimləyir. Eyni zamanda qan dövranını yaxşılaşdırır.

Biz əsasən xalyarı pörtdədib, qovurub üstünə yumurta vurub bişiririk. Amma bəzən onu xəngəlin üzərinə tökürük. Hətta turşusunu belə hazırlayırıq. Bu bitkinin qiyməti fevral ayının əvvəlləri 55 manata, martda isə 25 manata təklif edilir.

Onu da qeyd edək ki, bu qeyri-adi bitkinin elmi adı “ayı soganı”dır.

AzPost.az

Post navigation

Previous: Dünyanın ən qiymətli qanı: Bir litri 15 min dollardır
Next: Günahsız 47 il həbsdə qaldı, çıxanda milyonçu oldu –

Oxşar xəbərlər

is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
tramp putin cin
  • Baş Yazı

Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı

User 14 Noyabr 2026 - 14:53
budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10

xƏBƏR

tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib....
Read more about Tramp İranla müharibənin başa çatdığını bildirib
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı System discovering coronavirus launched in Omsk
  • Sosial

COVID-19 yeniyetmələri daha tez qocaldıb? – Alimlər DNT-də dəyişikliklər aşkarladı

User 14 Noyabr 2026 - 16:15
Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.