Kim Çen In ilk dəfə qızı və xanımı ilə ziyafətdə görüntüləndi- FOTO

Şimali Koreya lideri Kim Çen In qızı ilə birlikdə ordunun yaradılmasının 75-ci ildönümü şərəfinə Koreya Xalq Ordusu komandirlərinin iqamətgahını ziyarət edib.

Azpost.info xəbər verir ki, onlar bayram ziyafətində də iştirak ediblər.

Bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentlik Kim Çen Inın qızı, həmçinin həyat yoldaşı Ri Sol-ju ilə birlikdə ziyafətdən fotolar yayımlayıb.

“Kim Çen In və onun sevimli qızı Müdafiə Nazirliyinin komandirləri, iri birləşmələrin hərbi-siyasi komandirləri tərəfindən qarşılandı”, – məlumatda deyilir.

Agentlik hər zaman olduğu kimi, bu dəfə də Şimali Koreya liderinin qızının adını çəkməyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.