Kim Çen In Şoyquya Şimali Koreyanın qitələrarası ballistik raketini göstərib- FOTO

Şimali Koreya lideri Kim Çen In Rusiya müdafiə naziri Sergey Şoyquyla Pxenyanda keçirilən hərbi texnika sərgisini gəzib.

Azpost.info xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Kim Çen In Sergey Şoyquya Koreya Xalq Ordusunun son illərdə təchiz etdiyi silah və hərbi texnika haqqında məlumat verib.

Sergey Şoyquya KXDR-in digər silahları da, eləcə də son dronları və mobil buraxılış qurğusu ilə qitələrarası ballistik raketi göstərilib.

Sərgidə zirehli texnikalar da nümayiş etdirilib.

Azpost.info

Əvvəlki məqalə

Ayxan Hacızadə Borelinbəyanatına münasibət bildirdi

Sonrakı məqalə

Məktəbəhazırlıq qruplarına qəbul başlayır