Rusiya prezidenti Putin ABŞ prezidenti Baydenə can sağlığı arzulayıb.
Azpost.info bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun haqqında dediklərinə münasibət bildirərkən deyib.
Putin Baydenin onun ünvanına səsləndirdiyi “qatil” sözünə də reaksiyaı belə olub: “Uşaq vaxtı həyətda bir-birimizlə mübahsə edəndə deyirdik: “Kim mənə nə deyirsə, o özü elədir. Bu təsadüfi uşaq zarafatı deyildi. Bunun psixoloji mənası dərindir. Biz hər zaman digər adamda öz şəxsi keyfiyyətlərimizi görürük və düşünürük ki, o adam da bizim kimidir. Bundan çıxış edərək onun fəaliyyətini qiymət veririrk”.
Putinin sözlərinə görə, hər bir xalqın tarixində çoxlu dramatik və qanlı hadisələr var.