Kimlərin rayona getməyə icazə veriləcəyinə aydınlıq gətirilib

Operativ Qərargah icazə sistemi ləğv olunandan sonra kimlərin rayona getməsinə icazə verilməsinə aydınlıq gətirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan ərazisində 31 avqusta qədər yerüstü və hava nəqliyyatı vasitəsilə giriş-çıxış dayandırılıb: “Sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə istisnalar olmaqla, gediş-gəliş olmayacaq”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə qeyd edib ki, Bakıdan işlə əlaqədar yalnız ezamiyyə vərəqi olanlar sənədləri təqdim etməklə gedə biləcək: “Əvvəl bu, avtomatlaşdırılmış qaydada aparılırdı. İndi isə postlarda təqdim edəcəklər. Rayonlara buraxılışla bağlı yəqin ki, Daxili İşlər Nazirliyi tərəfindən əlavə məlumat veriləcək”.

O qeyd edib ki, istənilən fəaliyyətlə məşğul olan şəxslər olduğu yeri ezamiyyə əsasında tərk edirlər: “Vəkildirsə Vəkil bürosu, jurnalistdirsə, təmsil olunduğu KİV-in müvafiq ezamiyyəsi əsasında olduğu yeri tərk edir. Amma daha detallı məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kiçik kafe və açıq havada olan restoranların açılması məsələsi müzakirə edilir –

Sonrakı məqalə

Koronavirusla mübarizə aparan italiyalı həkimlər Azərbaycana gəlib