Kimya üzrə Nobel mükafatı laureatları səhvən vaxtından əvvəl açıqlandı- ADLAR

İsveç Kral Elmlər Akademiyası kimya üzrə Nobel mükafatı laureatlarının adları yazılmış məktubu səhvən vaxtından əvvəl açıqlayıb.

Azpost.info xəbər verir ki, məktublar qaliblərin elan edilməsi mərasimindən dörd saat əvvəl göndərilib.

Məktublarda deyilir ki, kimya üzrə Nobel mükafatı üç alim – fransız-tunis əsilli amerikalı alim Munqi Bavendi, amerikalı Luis Brüs və rusiyalı Aleksey Ekimova verilib. Onlar kvant nöqtələrinin kəşfi və sintezi ilə məşğul olurlar.

Qurum son qərarın hələ verilmədiyini iddia edir.

“Baş verənlərlə bağlı şərh verə bilmərik və heç bir qərar verilməyib”, – akademiyanın sözçüsü Yeva Nevelius bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.