Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

“Kino pulları dağıdılıb…Bir ölkədə iki ittifaq ola bilməz” –

User 31 May 2022 - 19:23 (Last updated: 21 May 2025 - 20:15)
rasim balayev

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Azpost.info bildirir ki, xalq artisti “Qafqazinfo”ya ittifaqın gələcək planlarından danışıb, eləcə də, təəssüratlarını bölüşüb.

O bildirib ki, ilkin olaraq qrafik hazırlanacaq:

“Katibliklə yığışıb qrafiq hazırlayacağıq. Hazırda kino aləmində durğunluqdur, kino çəkilmir, kino çəkən adamlar dağılışıb. Bizim də bir ittifaq olaraq kino çəkilişinə birbaşa qarışmaq səlahiyyətimiz yoxdur, biz ancaq tövsiyə, məsləhət xarakterli işlər görə bilərik. Amma kino olmayandan sonra heç onun ittifaqı da lazım deyil. Çünki bir növ kinonun əsasında kino adamları birləşir. İttifaq da, təbii ki, onların birləşdiyi təşkilatdır.

Bu yaxınlarda hansısa təşkilatı, idarələri yoxlayırdılar. Eşitdiyimə görə, orada müəyyən çatışmazlıqlar olub, kino pulları dağıdılıb, kinoya ayrılan pullar lazım olmayan yerlərə xərclənib. Bütün bunlara səlahiyyətimiz yoxdur. Bizim əsas işimiz, ali məqsədimiz odur ki, Azərbaycanda kino çəkilsin.

Köhnə nəsildən bəzi nümayəndələr qalıb. Yeni nəslə meydan vermək, filmlər vermək lazımdır. Bütün bunlar haqda bizim müəyyən tövsiyə xarakterli işlərimiz olacaq. Çalışacağıq ki, istedadlı gəncləri ortaya çıxaraq, onların arxasında duraq. O baxımdan müəyyən bir iş cədvəli hazırlamalıyıq və bunun əsasında çalışmalıyıq”.

Rasim Balayev 2013-cü ildə yaradılan, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqın onun sədrliyindəki qurumla birləşməsi məsələsindən də danışıb:

“Mənə elə gəlir ki, bu nə vaxtsa olmalıdır. Çünki bir respublikada iki ittifaq ola bilməz. Bu, birmənalıdır. Amma onu nə vaxt edəcəklər, bilmirəm. Prinsipcə, Azərbaycanda kinonun böhran keçirən bir vaxtında bu, yanlışdır. Azərbaycanda vahid kino ittifaqı olmalıdır” , – Xalq artisti əlavə edib.

Post navigation

Previous: Bolqarıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib
Next: “Mövlam Şıxəliyev demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbsdə çürüdəcəyəm” –

Oxşar xəbərlər

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
ozbek prezident
  • Mədəniyyət

Özbəkistanda kino sahəsində böyük islahat – Film istehsalı özəl sektora verildi

User 27 Oktyabr 2026 - 12:33

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.