Kirkorov və Petrosyanın Latviyaya girişi qadağan edilib

Latviya rusiyalı müğənni Filipp Kirkorov, komediya ustası Yevgeni Petrosyan və Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanovanın respublikaya girişinə qadağa qoyub.

Bu barədə  mayın 9-da ölkənin xarici işlər naziri Edqars Rinkeviçs bildirib.

Latviyanın Rusiyanın tanınmış simalarını “persona non qrata” elan etdiyi bildirilir. Kirkorov, Petrosyan və Viner-Usmanovaya “qeyri-müəyyən müddətə” ölkəyə giriş qadağan edilib.

Rinkeviçs bu qərarın “immiqrasiya qanunu əsasında” qəbul edildiyini qeyd edib. Eyni zamanda o bildirilib ki, Rusiya vətəndaşlarının qara siyahıya salınmasına səbəb onların Ukrayna müharibəsində Rusiyaya dəstək verməkdə fəal mövqe nümayiş etdirmələridir. (Lenta.ru)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.