Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Kişi boşandığı keçmiş xanımını nə üçün öldürüb? –

User 18 Sentyabr 2024 - 11:24 (Last updated: 21 May 2025 - 20:15)
qadin ol

2023-cü il oktyabrın 26-ı saat 19 radələrində Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova qətlə yetirilib. Onun keçmiş əri Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyev könüllü olaraq 35-ci Polis Bölməsinə gələrək, qadını öldürməsi haqda məlumat verib.

Məlum olub ki, hadisə İnqlab İsmaylıov küçəsi, 15 ünvanında yerləşən gözəllik salonlarından birində baş verib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Azpost.info Lent.az-a istinadən qətl hadisəsinin detallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, Zamiq Tanrıverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 2 il şərti cəzaya məhkum olunub. Buna baxmayaraq, o, 2023-cü il oktyabrın 26-ı saat 18:30-da keçmiş arvadı Pərvanə Məhərrəmovanın dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib. Salonda Zamiq Pərvanə Məhərrəmovanı yanına çağıraraq, yüngül həyat tərzinə son qoymasını bildirdikdə, qadın ona “get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm” söyləyib. Bundan hiddətlənən Zamiq Tanrıverdiyev bıçaqla Pərvanə Məhərrəmovanın bədənin müxtəlif nahiyələrinə ümumilikdə 25 dəfə zərbə endirib. Nəticədə qadın ölüb.

Məhkəmə baxışında Zamiq Tanrıverdiyev bildirib ki, Pərvanə Məhərrəmova ilə 2004-cü ildə ailə qurub, nikahlarından 2 övladları dünyaya gəlib. 2022-ci ildə Tərtər rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi boşanıblar:

“Nikahımız pozulandan sonra arvadım 18 və 17 yaşlı qızlarımızla birlikdə kirayə mənzildə qalırdı. Pərvanə evin yaxınlığında yerləşən gözəllik salonunda işləməyə başlamışdı. Oktyabrın 26-da evdən mətbəx bıçağını götürüb, salona yollandım. İçəri girəndə Pərvanədən başqa orda 2 xanım da vardı. Onlara doğru getməyərək, keçmiş arvadımı səslədim. Pərvanəyə “səhv yoldasan, bunu etmə” deyəndə, qadın “get işinlə məşğul ol” söylədi. Bıçaq zərbələri vurarkən, demək olar ki, qadın müqavimət göstərə bilmədi. Qışqırdı, sonra isə səsi kəsildi. Çox bıçaq vurmağımın səbəbini özüm də bilmirəm. Salondan çıxıb, birbaşa 35-ci bölməsinə getdim”.

Zamiq Tanrıverdiyev qeyd edib ki, yoldaşı ilə ayrılsa da, övladlarının həyatına biganə qala bilməyib. Pərvanənin tanımadığı avtomobilə əyləşməsini görəndən sonra, onun əxlaqsız həyat tərzi sürməsini düşünüb. Hadisədən əvvəl neçə dəfə ona xəbərdarlıq edib. Həmin gün də iş yerinə bu məqsədlə gedib, amma eşitdiyi cavabdan sonra, özünü saxlaya bilməyərək, qadını öldürüb.

Şahid Qənirə Süleymanzadə ifadəsində göstərib ki, oktyabrın 26-da axşam dırnaq ustasının yanına gedib:

“Salona daxil olan Zamiq Tanrıverdiyev Pərvanəyə sözü olduğunu dedi. Buna görə, qadın əlcəklərini çıxartdı və ayağa qalxaraq ona tərəf addımladı. 2-3 saniyədən sonra qadın “kömək edin” deyə qışqırdı. Həmin şəxsin isə əvvəl ayaq üstə və sonra yerdə ona zərbələr vurduğunu gördüm. Sonra içəri bir kişi girərək, deyəsən bıçağı əlindən almaq istədi, amma Pərvanəni vuran şəxs onu kənara itələdi və qaçdı. Hadisə təxminən 2 dəqiqə ərzində baş verdi. Pərvanə xanımla 5 il əvvəl tanış olmuşam. Pərvanə söhbət əsnasında mənə yalnız boşandığını demişdi, keçmiş yoldaşının onu izləməsi haqda heç nə danışmamışdı”.

Şahid Ruxsarə Mərdanova ifadəsində göstərib ki, Zamiq Tanrıverdiyev çağırandan sonra, Pərvanə onunla balaca otağa keçib:

“Aralarında heç bir söhbət olmadı. Dəqiqə keçməmiş Pərvanə qışqırmağa başladı, həmin şəxs yıxılandan sonra da iş yoldaşıma vəhşicəsinə zərbələr endirdi. Pərvanənin həyat tərzi ilə bağlı məlumatım yox idi. Boşandığını və keçmiş ərinin qayınatasını bıçaqladığını bilirdim. Zamiq Tanrıverdiyevi əvvəllər salonda heç vaxt görməmişəm”.

Şahid Fidan Tanırverdiyeva deyib ki, anası 3 ildir boşanıb, onun heç bir günahı olmayıb, əxlaqsız həyat tərzi ilə bağlı söylənənlərin hamısı yalandır:

“Anam hər gün axşam saat 8-9-a kimi işdə olurdu. Atam bizi ancaq çox iyrənc söyüşlərlə təhqir edirdi. Bununla bağlı sübutlarım da var. Bu planlaşdırılmış bir iş olub, bizə ancaq deyib ki, “ananızı da, sizi də öldürəcəyəm”. Bu hadisədən əvvəl atam babamı bıçaqlamışdı. Ayın 26-da axşam bacım mənə zəng edib dedi ki, “deyəsən anamıza nəsə olub, get iş yerinə bax”. Salona daxil olanda, ölüm hadisəsi baş verdiyini bildim”.

Məhkəmə hesab edib ki, Zamiq Tanırverdiyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Zamiq Tanrıverdiyev 18 il müddətinə azadlıqdan məhrum olunub.

Post navigation

Previous: “Çin və Rusiya ilə əla işlər görə bilərik və hamı xoşbəxt olar”
Next: “KTMT Ermənistanın suverenliyinə təhdidlər yaradır”

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

Boşanma
  • Baş Yazı

11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?

User 20 Noyabr 2026 - 15:37
Azərbaycanda ailə qurmaq istəyənlərin sayı azalmağa davam edir. Bu ilin ilk 9 ayında ölkədə 31 085 nikah...
Read more about 11 ildə nikahlar 43 faiz azalıb, boşanma 71 faiz artıb – Evlənmək istəyənlər niyə azalır?
“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21
Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı yuxu yat
  • Maraqlı

Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı

User 20 Noyabr 2026 - 14:43
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00
Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik” trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.