Moskvada şimal rayonlarından birində faciəvi hadisə baş verib. AzPost xəbər verir ki, bazar ertəsi səhər saat 8 radələrində bir kişi keçmiş həyat yoldaşının mənzilinə gedərək münaqişə zamanı onu öldürüb, onun yeni həyat yoldaşını isə bıçaqla yaralayıb.
Hadisə Nijnyaya Maslovka küçəsində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qatil daha sonra özünə qəsd etməyə cəhd edib. Yaralı və digər şəxslər tibbi yardım alıblar.
Moskva üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Yuliya Ivanova bildirib ki, hadisə yerində ekspertizalar davam edir və bütün təfərrüatlar araşdırılır.