Kişi qarışqa sancmasından sonra ölüb

Qarışqa
Qarışqa

Tailandın Samutprakan vilayətində 39 yaşlı fermer faciəvi şəkildə həyatını itirib. AzPost xəbər verir ki, The Thaiger nəşrinin məlumatına görə, kişi iş zamanı bir neçə qarışqa sancmasından sonra dünyasını dəyişib.

Hadisə kənd təsərrüfatı sahəsində baş verib. Fermer həmkarı ilə birlikdə ağac budaqlarını kəsərkən üzərinə çoxlu sayda qarışqa hücum edib. O, ağrı içində qışqırdıqdan qısa müddət sonra huşunu itirib və yerə yıxılıb.

Hadisə yerində olan işçilər dərhal yardım göstərməyə çalışsalar da, həkimlər gələnədək kişinin vəziyyəti ağırlaşıb və o, həyatını itirib. Onun bədənində çoxsaylı qarışqa sancmaları aşkarlanıb.

Həkimlərin ilkin ehtimalına görə, ölümə səbəb qarışqa zəhərinə qarşı yaranan güclü allergik şok (anafilaktik reaksiya) olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.