Kitab oxumağın insan sağlamlığına təsiri varmı?

Müasir dövrdə insanlar vaxtlarının böyük hissəsini telefon və kompüter ekranları qarşısında keçirirlər. Buna baxmayaraq, kitab oxumağın faydaları hələ də öz aktuallığını qoruyur.

Sassex Universitetində aparılan araşdırmaya görə, cəmi 6 dəqiqə kitab oxumaq stress səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər. Tədqiqat iştirakçılarında ürək döyüntüsünün və əzələ gərginliyinin azaldığı müşahidə olunub.

Kitab oxumağın digər faydaları bunlardır: Lüğət ehtiyatını artırır, yaddaşı gücləndirir, analitik düşünmə qabiliyyətini inkişaf etdirir, empatiya hissini artırır.

Xüsusilə bədii ədəbiyyat oxuyan insanların başqalarının emosiyalarını daha yaxşı anlamağa meyilli olduqları müəyyən edilib. Neyroloqlar hesab edirlər ki, müntəzəm mütaliə beynin müxtəlif bölgələrini aktivləşdirərək zehni fəaliyyətin qorunmasına kömək edir.

Mütəxəssislər gündə ən azı 20–30 dəqiqə kitab oxumağı tövsiyə edirlər. Bu, həm informasiya əldə etmək, həm də psixoloji rahatlıq baxımından faydalı hesab olunur.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.