KİV: Rusiya iyulun 1-dən Türkiyəyə uçuşları bərpa edə bilər

Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahı iyulun 1-dən etibarən Türkiyəyə uçuşların bərpası məsələsini nəzərdən keçirir.

Bildirilib ki, Rusiyanın cənubundakı kurortlar həddindən artıq yükləndiyindən, bu ölkədə koronavirusun yayılmasını sürətləndirə bilər və belə olan halda səlahiyyətli şəxslər Türkiyəyə uçuşların bərpasına dair qərar verə bilər.

Operativ Qərargahdakı çalışan mənbənin sözlərinə görə, həftədə yeddi reys açıla bilər. Uçuşları hansı aviaşirkətin həyata keçirəcəyi hələlik məlum deyil.

“Qərar verildikdən sonra bununla bağlı əlavə məlumat veriləcək”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Rusiya hökuməti COVID-19-la mübarizə çərçivəsində 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları dayandırıb. Bu məhdudiyyət daha sonra iyunun 21-dək uzadılıb. Hazırda yalnız həftədə iki dəfə İstanbuldan Moskvaya uçuş həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada son sutkada koronavirusa 17 262 yoluxma qeydə alınıb, 453 nəfər ölüb

Sonrakı məqalə

Şənbə gününün hava proqnozu