“Kiyev əks-hücumdakı çətinliklərə görə Rusiya ərazilərinə hücumlar edir”- ZAXAROVA

“Ukrayna münaqişəsinin dinc danışıqlar yolu ilə həlli Kiyevə etimadsızlıq səbəbindən qeyri-mümkündür”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Onların Donbasdakı münaqişənin sülh yolu ilə həllinə real şans verən Minsk razılaşmalarına necə reaksiya verdiyini unutmaq olmaz”, – Zaxarova deyib.

XİN rəsmisi qeyd edib ki, Kiyev əks-hücumdakı çətinliklərə görə Rusiya ərazilərinə hücumlar edir. Eyni zamanda o, Qərb ölkələrinin Ukraynaya silah tədarükünü davam etdirməsinə diqqət çəkib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.