“Kiyev ayda 500 milyon itirə bilər, ona görə Rusiyanı sazişə qaytarmaq istəyir”- Rusiyalı senator

Rusiyanın “taxıl sazişi”ndə iştirakının dayandırılması Qərbin şərtləri yerinə yetirməməsi ilə əlaqədardır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Senator bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sazişin yenilənməsi ilə bağlı çağırışlarına cavab olaraq bildirib.

O, Ukraynaya BMT-dən Moskvanın tələblərini yerinə yetirməyi xahiş etməyi tövsiyə edib: “Kuleba BMT-ni və digər ölkələri “taxıl sazişi”ndə Rusiyanın şərtlərinə əməl etməyə daha yaxşı inandırsın. Sonra bəlkə də onun bərpası haqqında danışa bilərik. Biz sazişdən çıxmadıq, sadəcə olaraq, bu məsələlər həll olunana qədər iştirakımızı dayandırdıq”.

Cabarovun sözlərinə görə, bu saziş Kiyev üçün müstəsna olaraq kommersiya layihəsidir: “Ukrayna aylıq 500 milyon dollar itirmək riski ilə üzləşir, ona görə də Rusiyanı sazişlərin icrasına qayıtmağa çağırır”.

Azpost.info

Əvvəlki məqalə

Elçin Əmirbəyov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olunub

Sonrakı məqalə

Nazirlik Kino Agentliyinə rəhbər təyinatı ilə bağlı xəbərlərə münasibət bildirib