“Kiyev itirilmiş əraziləri qısa zamanda qaytara bilməyəcək”- PENTAQON

“Kiyev itirilmiş əraziləri qısa zamanda qaytara bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley bildirib.

“Ukraynanın strateji məqsədi Rusiyanın işğal etdiyi bütün əraziləri azad etməkdir. Bu, hərbi baxımdan mümkün ola bilər, lakin çox güman ki, qısa müddətdə deyil. Ukraynada bir neçə yüz min rus əsgəri var, – Milley deyib.

Onun sözlərinə görə, F-16 qırıcılarının, eləcə də əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü Ukrayna ordusuna böyük dəstək verəcək. Milley ABŞ-ın Kiyevə lazım olan qədər dəstəyini davam etdirəcəyini vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.