Kiyevdə partlayışlar baş verib

Kiyevdə partlayışlar baş verib.

Bu barədə aprelin 23-də Ukrayna mediası  məlumat yayıb.
Qeyd olunur ki, şəhər administrasiyası Ukraynanın paytaxtında hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti barədə məlumat verib.

Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Kiyev və Nikolayev vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Rusiya Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumatı şərh etməyib.

Həmin gün səhər saatlarında Odessada partlayışlar baş verib.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.