Kiyevdə bütün məktəblərin minalanması barədə məlumat daxil olub- Uşaqlar və müəllimlər təxliyə ediləcək

Sentyabrın 1-də Kiyev polisinə Ukrayna paytaxtının bütün orta məktəblərinin minalanması barədə məlumat daxil olub.

Azpost.info xəbər verir ki, bu barədə şəhər hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Paytaxt polisi Kiyevdə yerləşən bütün orta məktəblərin minalanması ilə bağlı məlumat alıb. Polis əməkdaşları araşdırma aparır, zəruri hallarda Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb olunacaq”, – məlumatda deyilir.

İdarədən bildirilib ki, uşaqların və müəllimlərin binalardan təxliyəsi ilə bağlı qərar veriləcək.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ordusu Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirmir

Sonrakı məqalə

Sabah hava necə olacaq?