Kiyevdə ermənilər 4 azərbaycanlı tələbəyə atəş açıb –İki tələbə yaralanıb, polis cinayətkarı axtarır  

Kiyevdə ermənilər dörd azərbaycanlı tələbəyə  atəş açıb. Ayağından yaralanmış Nicat Kərimov və Azər Abasov 8 saylı şəhər xəstəxanasına aparılıb.  

Azpost.info day.az-a istinadən bildirir ki, bu barədə Birləşmiş azərbaycanlı diasporasının rəhbəri Hikmət Cavadov deyib.

“Tələbələr evə qayıdarkən həyətdə erməni nömrəsi olan avtomobil görüblər. Maşin sahibi ilə uşaqların mübahisəsi düşüb. Bu mübahisəyə başqa bir erməni qoşulub. Üstündə olan tapançadan atəş açıb. Bundan sonra qaçıb gizləniblər. Polis hazırda cinayətkarları axtarır”.

Ukrayna KİV-lərinin məlumatına görə, hadisə Konovalskya 36 küçəsində, “Montekki və Kapuletti”restoranının yanında baş verib.

Hazırda 50 RV 100 nömrəli “Mersedes –Qelendvaqen” avtomobilniin tapılması üçün “Sirena” əməliyyatı həyata keçirilir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şirvan, Hacıqabul və Bakının üç rayonunda su kəsiləcək

Sonrakı məqalə

Azərbaycan və Ermənistan vətəndaşları arasında münaqişənin 9 iştirakçısı saxlanılıb –