Azərbaycan və Ermənistan vətəndaşları arasında münaqişənin 9 iştirakçısı saxlanılıb –Rusiya DİN

Moskvada Azərbaycan və Ermənistan vətəndaşları arasında münaqişənin 9 iştirakçısı saxlanılıb.

Bu barədə “İnterfaks”a Rusiya DİN-dən məlumat verilib. “Polis əməkdaşları tərəfindən qanunazidd hərəkətlərin törədilməsində şübhəli bilinən 9 nəfər saxlanılıb”, – nazirlikdən bildiriblər.

Həmçinin, qeyd olunub ki, iyulun 24-də Mosdkvada vətəndaşlar arasında münaqişə baş tutub, nəticədə bir nəfərə bədən xəsarətləri yetirilib, həmçinin mağazanın şüşələri sındırılıb.

“Digər insident zamanı naməlum şəxslər QSC-də yerləşən kafe və avtoyuma binalarında şüşələri sındırıblar, nəticədə ziyarətçilərdən bir nəfər şüşə qırığından xəsarət alıb. RF CM-nin xuliqanlıq maddəsi ilə cinayət işləri başlanıb”, – DİN-dən qeyd ediblər.

Nazirlikdən əlavə olunub ki, hazırda baş verənlərin ətraflı araşdırılması və şübhəli şəxslərin saxlanılmasına yönələn kompleks əməliyyat hərəkətləri və operativ tədbirlər həyata keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kiyevdə ermənilər 4 azərbaycanlı tələbəyə atəş açıb –

Sonrakı məqalə

Bəhram Bağırzadənin nəfəs alması üçün qoyulmuş boru çıxarılıb