Kiyevdə partlayış səsləri gəlir, bir sıra regionlarda hava həyəcanı elan edilib

Səhər saatlarında Ukraynanın bir sıra regionlarında və paytaxtında partlayış səsləri eşidilib.

Azpost.info bildirir ki, şəhərin meri Vitali Kliçko öz Telegram kanalında Kiyevdəki partlayışlar barədə məlumat verib.

“Şəhərdə partlayışlar. Hava hücumundan müdafiə işləyir. Sığınacaqlarınızı tərk etməyin!”, – deyə yazıb.

Kiyev vilayət administrasiyasının məlumatına görə, bölgəyə hava hücumundan müdafiə sistemləri də yerləşdirilib. İctimaiyyətdən xahiş olunur ki, onları videoya çəkməsinlər.

Urayna Teleqram kanallarının məlumatına görə, cümə axşamı Dnepropetrovsk, Lutsk, Lvov, Vinnitsa vilayətində, həmçinin Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində partlayış səsləri eşidilib.

Əvvəlki məqalə

Putin “Bayden, yoxsa Tramp?” sualına belə cavab verdi –

Sonrakı məqalə

“Gərək Ukraynada xüsusi əməliyyata daha əvvəl başlayaydıq” –