Kiyevdə səhər bir neçə partlayış olub

Ukraynanın paytaxtı Kiyevdə səhər saatlarında partlayışlar olub.

Bu barədə UNİAN məlumat yayıb.

Partlayışlar paytaxtın Darnitski, Dnepr və Desnyanski rayonlarında qeydə alınıb. Həmçinin Desnyanskidə qeyri-yaşayış binasında, Darnitskidə isə müəssisədə yanğın baş verib. Bildirilib ki, hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev meri Vitali Kliçko sakinləri sığınacaqları tərk etməməyə çağırıb.

Əvvəlki məqalə

“Sabah” “Sumqayıt”ı darmadağın etdi –

Sonrakı məqalə

“Mançester Siti” “İnter”ə rəqib oldu –