Kiyevdə vertolyot uşaq bağçasının üstünə düşdü –DİN başçısı, müavini və dövlət katibi öldü

Ukraynanın paytaxtı Kiyevdə vertolyot qəzaya uğrayıb. 

Bu barədə UNİAN  məlumat yayıb. Məlumatda deyilir ki, vertolyot uşaq bağçasına düşüb.

Qəza zamanı ölənlərin sayı 16-ya çatıb. Həlak olanların arasında dövlət rəsmiləri də var. Belə ki, Ukraynanın daxili işlər naziri və onun müavini və dövlət katibi  qəzada ölüb.

Qəza nəticəsində həlak olanların 9-u vertolyotun göyərtəsində olub. Ölənlərdən 2-si uşaqdır.

Qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Kiyev vilayətinin hərbi administrasiya rəhbəri Oleksi Kuleba, həmçinin prezident Volodimir Zelenskinin ofisi faktı təsdiqləyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

FOTO: Həlak olan daxili işlər naziri Denis Monastırski

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.