Kiyevin Moskvanı hədəf ala bilən PUA-ları var?- “The Guardian”dan maraqlı iddia

“Ukraynanın min kilometrə qədər uçuş məsafəsinə malik, Rusiyanın mərkəzinə, o cümlədən Moskvaya hücum edə bilən PUA-lara sahib olduğu ehtimal edilir”.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşr Moskvadan cəmi 240 kilometr aralıda yerləşən Ryazan yaxınlığındakı hərbi bazaya dron hücumundan sonra belə qənaətə gəlib.

“Kiyevin min kilometr uçuş məsafəsinə malik pilotsuz təyyarələr əldə etdiyinə dair fərziyyələr var. Ötən ayın sonunda bir ukraynalı əsgər bu silahların artıq Rusiya hərbçilərinə qarşı istifadə olunduğunu bildirib”, – müəllif yazır.

Rusiyalı analitiklər hesab edir ki, Ukrayna hakimiyyəti xarici müttəfiqlərini bəzi hərbi əməliyyatlar barədə məlumatlandırmır. Kiyev hesab edir ki, Qərb Rusiya ilə birbaşa münaqişədən ehtiyat edərək Ukraynanı bu cür hücumları həyata keçirməkdən çəkindirməyə çalışa bilər

Azpost.info

 

Əvvəlki məqalə

“Əsər yazıram, vaxtı gələndə oxuyarsınız…” –

Sonrakı məqalə

“Xaricdə vaxt öldürürlər…” –