Klinik ölüm fenomeni ətrafında müzakirələr davam edir. İşıq və sonsuz rahatlıq hissi mövzusu fərqli baxışlara malik insanların hekayələrini bir araya gətirir.
AzPost bildirir ki, Reddit platforması istifadəçilərindən olan klinik ölüm yaşamış əqidəli ateist ölüm sonrası vəziyyətlə bağlı açılan geniş müzakirədə öz təcrübəsini bölüşüb.
UNILAD portalı tərəfindən dərc edilən hekayə tam yoxaçıxma haqqında ənənəvi materialist anlayışlara meydan oxuyur.
Bir ateistin təcrübəsi: İşıq, sevgi və üç fiqur
Dini inancının olmadığna baxmayaraq, ateist kişi izah edə bilmədiyi bir fenomenin mövcudluğunu etiraf edib. Keçirdiyi klinki ölümdn əvvəl onu ölümdən sonra tamam yox olmaq perspektivi qorxutmurdu. Lakin “bu hissə qərq olma” fərqli hiss yaradıb.
Emosional fon: Müəllif boşluq və qaranlıq əvəzinə hərtərəfli bir sevgi dalğası və parlaq bir işığın varlığını hiss edib.
Vizual görüntülər: Bu vəziyyətdə o, üç varlığın (iki kişi və bir qadın) varlığını qeyd edib. Görünüşlərinin sərhədləri bulanıq olsa da, varlıqları danılmaz bir fakt kimi hiss olunurdu.
Nəticə: Bu təcrübə kişini heç bir rəsmi dinə qoşulmağa vadar etməyib. Amma o iddia edir: “İndi başa düşürəm ki, ölümdən sonra nəsə bir şey mövcuddur.”
Ceremi Rennerin işi: Atomlar, DNT və əbədilik
Anonim Reddit istifadəçisinin təcrübəsi ictimai xadimlərin ifadələrini əks etdirir. 2023-cü ilin yanvar ayında qar təmizləyən maşınla qəzada az qala həlak olacaq amerikalı aktyor Ceremi Renner də “müvəqqəti ölüm” vəziyyətini təsvir etmişdi.
Renner xatirələrində vəziyyətinin bir neçə əsas aspektini vurğulayıb:
Zamandan kənar: Aktyor qeyd edir ki, onun üçün zaman eyni zamanda mövcudluğunu dayandırdı və əbədi oldu. O, bütün həyatını bir anda gördü.
Mikro və makro dünya: Renner fiziki cismindən ayrılma hissini təsvir edib. Bədən əvəzinə o, dünyanı atomlar, DNT və təmiz ruh toplusu kimi qəbul edirdi.
Fizioloji rahatlıq: Vəziyyət güclü adrenalin axını ilə xarakterizə olunurdu, paradoksal olaraq mütləq daxili dinclik hissi ilə birləşirdi.
“Ölümə Yaxın” təcrübələrin ümumi nümunələri
Halüsinasiyaların və ya görüntülərin fərdi təbiətinə baxmayaraq şahid ifadələrində tez-tez təkrarlanan elementlər olur: dinclik hissi, fiziki bədənin transsendensiyası və insanın həyat yolunun yenidən qiymətləndirilməsi. Bir çoxları, o cümlədən inadkar ateistlər üçün bu təcrübə geri dönüş nöqtəsinə çevrilir. Bundan sonra şüurun tamamilə yox olmasına inam digər varlıq formalarının mövcudluğuna inamla əvəz olunur.