Komitə sədri məlumat sistemində tenderlə bağlı məbləğin səhv yazıldığını bildirdi

“Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri – dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır. (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi). Məlumatlara sistemdə artıq düzəlişlər edilib”.
Azpost.info bildirir ki, bu barədə Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, bununla yanaşı saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapıb: “Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləği 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cavad Zərifin Azərbaycana səfər proqramı açıqlanıb

Sonrakı məqalə

Xalq rəssamı Tahir Salahov I Fəxri Xiyabanda dəfn olunub