Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

User 03 Avqust 2025 - 16:00 (Last updated: 03 Avqust 2025 - 12:47)
kondisioner

İsti havalarda kondisioner rahatlıq və sərinlik versə də, bəzi insanlar üçün xoşagəlməz təsirlərə səbəb ola bilər.

AzPost bildirir ki, bu hallar bir neçə amillə bağlıdır.

Kondisionerin yaratdığı süni hava axını nəfəs yollarını qıcıqlandıra bilər. Xüsusilə sinusit, astma və allergiyası olan şəxslərdə burun tutulması, boğazda quruluq və öskürək kimi şikayətlər arta bilər. Sərin hava eyni zamanda nəfəs borusunun daralmasına və bəzən bronx spazmına da yol aça bilər.

Kondisioner olan mühitdə hava quruyur, bu isə dəridə quruluq və gözlərdə yanma hissi yarada bilər. Uzun müddət belə mühitdə qalmaq göz quruluğu sindromuna səbəb ola bilər.

Kondisionerin temperaturu çox aşağı olduqda və ya tez-tez isti-soyuq keçidlər baş verdikdə, orqanizm adaptasiya çətinliyi çəkir. Bu da baş ağrısı, əzələ tutulmaları və ümumi halsızlıqla müşayiət oluna bilər.

Bundan başqa, texniki baxımı düzgün aparılmayan kondisionerlərdə mikroblar və kif göbələkləri toplanaraq hava ilə birlikdə yayılır. Bu da tənəffüs yolu infeksiyalarının yayılmasına zəmin yarada bilər.

Mütəxəssislər kondisionerdən istifadə zamanı temperatur fərqini 6-8 dərəcədən çox etməməyi, havanı tez-tez dəyişməyi və filtrin təmizliyinə diqqət yetirməyi tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: Ən çox bu dövlət qurumları xaricdən borc alıb –
Next: Bu saatlarda meyvə yemək olmaz…

Oxşar xəbərlər

tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02

xƏBƏR

Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
ABŞ senatoru Berni Sanders Konqresin yeni tərkibində demokratları ABŞ-ın İrana qarşı müharibəsinin maliyyələşdirilməsini dayandırmağa çağırıb. Sanders cümə...
Read more about Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı
ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır? iran abs xerite
  • Dünya

ABŞ İrana qarşı 20 milyon dollar mükafat elan etdi – Vaşinqton hansı məlumatları axtarır?

User 07 Noyabr 2026 - 10:55
AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib? tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.