Vətəndaşlardan biri Kapital Bank kartı vasitəsilə M10 ödəniş sistemindən istifadə edərək 1000 AZN məbləğində vəsaitin çəkildiyini bildirib.
AzPost xəbər verir ki, bu barədə IT sahəsi üzrə mütəxəssis Elmar Məmmədov məlumat verib. Bildirirb ki, hadisə iş yoldaşının başına gəlib. Araşdırmalar nəticəsində məlum olub ki, hadisə şəxsin öz səhlənkarlığı səbəbindən baş verib.
Belə ki, “Kontakt Home” mağazasının endirimli iPhone elanına inanaraq saxta veb səhifəyə yazıb. Dələduzlar onu inandıraraq kart məlumatlarına forma yazmağını istəyiblər. Ödənişi etdikdən cəmi 3 saniyə sonra səhifə onu bloklayıb. Sonradan rəsmi “Kontakt Home” səhifəsinə yazaraq baş verənlərin saxtakarların işi olduğunu anlayıb.
“Təəssüf ki, bu cür dələduz səhifə yalnız son bir gün ərzində “endirimli iPhone” təklif edərək müxtəlif insanlardan ümumilikdə 37,000 AZN məbləğində vəsait əldə edib” – deyə mütəxəssis bildirib.
SAXTA SƏHIFƏ: https://www.instagram.com/kantakt_home/
Unutmayın:
- Hər gördüyünüz endirimə inanmayın.
- Yalnız rəsmi təsdiqlənmiş səhifələrlə əlaqə saxlayın.
- Heç bir halda əvvəlcədən ödəniş etməyin.
- Tamahın qurbanı olmayın.