“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi dezinfeksiya edilib

01 Fevral 2020 - 12:41

Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.