“Koronavirus Afrikada sürətlə yayılmağa başlayıb” –

ÜST-dən həyəcanlı xəbərdarlıq
11 Aprel 2020 - 23:42

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, COVID-19 Afrikanın kənd yerlərində narahatlıq doğuracaq sürətdə artdığı barədə xəbərdarlıq edir və deyir ki, qitənin zəif səhiyyə sistemini gücləndirmək üçün dərhal köməyə ehtiyacı var.

ÜST Afrikada 8300-dən çox yoluxma halını və 400-ə yaxın ölüm halını təsdiqləyib. Bu rəqəm dünyanın baqa hissələrindəki yoluxma və ölüm halları ilə müqayisədə azdır. Son məlumatlara əsasən dünya boyu 1.6 milyon insan koronavirusa yoluxub, 100 mindən çox insan ölüb.

Lakin ÜST-ün baş direktoru Tedros Adhanim Ghebreyesus xəbərdarlıq edib ki, Afrika ölkələri səhiyyə sistemlərini gücləndirmək üçün beynəlxalq yardım almadığı təqdirdə orada yoluxma və ölüm hallarının qarşısını almaq çətin olacaq.

Bu arada isə Tedros deyib ki, belə görünür koronavirus pandemiyası İspaniya, İtaliya, Almaniya və Fransa kimi Avropada virusa ən çox məruz qalan ölkələrdə yavaşlayır.

Onlar virusun yayılmasının qarşısını almaq üçün özünü-təcrdi və sosial məsafə kimi sərt məhdudiyyətlər tətbiq edən bir sıra ölkələr sırasındadır. Tedros bu tədbirlərin nəticə verdiyini qeyd edir.

Lakin o, bəzi ölkələrin artıq məhdudiyyətləti aradan qaldırmağı planlaşdırmasından narahatdır:

“ÜST də hər kəs qədər məhdudiyyətlərin qaldırılmasını istəyir. Eyni zamanda məhdudiyyətləri çox tez aradan qaldırmaq virusun yenidən ölümcül dərəcədə yayılmasına gətirib çıxara bilər.”

ÜST-ün sədri deyir ki, məhdudiyyətlət aradan qaldırılmadan bir neçə amil nəzərə alınmalıdır. Məsələn, onun sözlərinə görə, ölkələr virusun yayılmasının nəzarət altında olmasını, tibbi xidmətlərin mövcud olmasını, qocalar evi kimi xüsusi məkanlarda yoluxmaların minimuma endirilməsini və virusun idxal olunma riskinin azalmasını təmin etməlidirlər .

Tedros bildirib ki, hər bir insan pandemiyaya son qoyulmasında rol oynanyır. Bu isə o deməkdir ki, hökümətlər addım atmadan öncə icmaların məhdudiyyətlərin qaldırılacağını bildiklərindən və buna hazır olduqlarından əmin olmalıdırlar. (Amerikanın Səsi)