Koronavirus Belçikada da qeydə alındı

04 Fevral 2020 - 12:40

Çinin Uhan şəhərindən təxliyə olunmuş Belçika vətəndaşında koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, Belçika Uhan şəhərindən 9 vətəndaşını təxliyə edib.

Onlar hərbi hospitalda müayinədən keçirilib. Bir qadında koronavirus aşkar edilib.

Onun vəziyyətinin sabit olduğu, xəstəliyin əlamətlərinin müşahidə edilmədiyi deyilir.

Qadın karantinə alınıb və Brüsseldə xəstəxanaya yerləşdirilib.