Koronavirus pandemiyasının episentri Avropadan Amerikaya keçib

Yeni növ koronavirus (COVID-19) pandemiyasının episentri Avropadan Amerikaya keçib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Braziliyada son sutkada koronavirusdan 881 nəfər ölüb.

Braziliyada indiyə kimi 177 589 nəfər COVID-19-a yoluxub, virusa yoluxaraq ölənlərin ümumi sayı isə 12 400 nəfərdir.

Beləliklə Braziliya Almaniyanı qabaqlayaraq dünyada koronavirusa yoluxanların sayına görə altıncı yerdə qərarlaşıb.

Qeyd edək ki, Braziliya Prezidenti Cair Bolsonaro pandemiya ilə mübarizədə qətiyyətli addımlar atmadığı üçün tənqid olunur. C. Bolsonaro yeni növ koronavirusu ciddi qəbul etməyərək onu adi qriplə müqayisə edib.

Xatırladaq ki, COVID-19-a yoluxan və ölənlərin sayına görə birinci yerdə qərarlaşan ABŞ-da indiyədək 1 376 700 şəxs virusa yoluxub. İnfeksiyaya yoluxanlardan 82 300 nəfər vəfat edib. Amerikalı ekspert Kristofer Murri bildirib ki, avqusta qədər ABŞ-da 147 mindən çox şəxs koronavirusdan ölə bilər.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ETSN:

Sonrakı məqalə

Prezident yeni icra başçısını videoformatda qəbul etdi