Koronavirusa 40 yeni yoluxma faktı qeydə alınıb –58 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 58 nəfər müalicə olunaraq sağalıb, 40 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 335 min 836 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 84 nəfər müalicə olunaraq sağalıb, 4968 nəfər vəfat edib. Aktiv xəstə sayı 784 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 728 min 712 test aparılıb. Bugünkü test sayı isə 6213-dür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“BAZAR QİRAƏTİ”: ANAR –

Sonrakı məqalə

Şəkidən olan gənc Moskvada çayda boğulub