Koronavirusa yoluxmuş Əli Laricaninin səhhəti yaxşılaşıb

Koronavirusa yoluxmuş İran parlamentinin sədri Əli Laricaninin səhhəti yaxşılaşıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Ə.Laricaninin müşaviri Həsən Zamani deyib. 

O bildirib ki, Ə. Laricani özünü yaxşı hiss edir və onun səhhətində problem yoxdur.

“Həkimlərin tövsiyəsinə uyğun olaraq o, ev şəraitdə karantindədir. Həkimlər bildirib ki, Əli Laricani 15 gün karantində qalmalıdır”, – deyə H. Zamani vurğulayıb.

O spikerin gələn həftə parlamentin iclaslarında iştirak edə biləcəyini də qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Microsoft” COVID-19 ilə mübarizəyə yardım üçün 20 milyon dollar ayıracaq

Sonrakı məqalə

“Türk Şurası epidemiyadan sonrakı dövrə hazırlaşmalıdır””