“Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb” –Nazirlik

“Koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib. Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.

Bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.

O bildirib ki, məhbuslar arasında yoluxma halı ictimaiyyətə mütəmadi çatdırılır.

“Məhbuslar arasında tək-tək yoluxma halı var. Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bugünkü günə qədər koronavirus yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb”, – deyə İ. Qurbanov vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Sonrakı məqalə

“13 min insana 190 manat verilməsi dayandırılıb” –