“Koronavirusdan evdə özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur” –TƏBİB

“KİV nümayəndələrinə müraciət edirik ki, neqativ hallarla qarşılaşanda bizim qurumlarla əlaqə saxlasınlar”.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, evdə koronavirusdan özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur: “Ümumilikdə bu prosesi idarə edə bilirik. Həmkarlarımız bu gün mübarizə aparmaqdadır. Paralel olaraq digər xəstəliklər qalmaqdadır. Qazilərimizin də müalicəsi xəstəxanalarda davam etdirilir. Buna görə də hər birimiz özümüzü qorumalıyıq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa qarşı vaksinasiya pulsuz  həyata keçiriləcək –

Sonrakı məqalə

İilk olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunacaq –