Azərbaycanda koronavirusa qarşı vaksinasiya pulsuz  həyata keçiriləcək –AÇIQLAMA

Koronavirusa qarşı vaksinasiya pulsuz  həyata keçiriləcək.

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. 

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib ki, “Ənənəvi yolla hazırlanan peyvəndlər daha təhlükəsizdir. Ola bilər digər yolla hazırlanan peyvəndlər bundan yaxşı olacaq. Bunu sadəcə zaman göstərə bilər”.

O qeyd edib ki, immun sistemi çalışmasa, vücudun bütün sistemi çökəcək: “Çində “CoronaVac” peyvəndi uzun zamandır hazırlanır. Türkiyədə də minlərlə insanın üzərində bu peyvəndlər bağlı tədqiqatlar aparılır. Hələ əks göstərişlə bağlı məlumat yayılmayıb. Biz ilk növbədə peyvəndlərə inanmalıyıq. 1941-1945-ci illərdə Vəli Axundov adına institut ölkədə yeganə peyvənd hazırlayan institut olub və minlərlə insanın həyatını xilas edib. Vaksinasiya ilə bağlı bizim kifayət qədər təcrübəmiz var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““CoronaVac” vaksini ilə bağlı da danışıqlar aparılır” –

Sonrakı məqalə

“Koronavirusdan evdə özünü müalicə ilə əlaqədar ağırlaşma halları çoxdur” –