Koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq

- Regionlarda və Bakıda
05 Mart 2020 - 16:02

“Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Baş İnfeksionist Cəlal İsayev  bildirib. Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq: “Xəstəlik aşkar olunan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə ediləcəklər. Ümumiyyətlə, xəstəliyin kliniki əlamətləri kimdəsə aşkarlansa, onlar istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etməlidirlər”.