Gürcüstanda azərbaycanlı meriya nümayəndəsi rüşvətə görə həbs edilib

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Anti-Korrupsiya Agentliyi Qardabani meriyasının azərbaycanlıların yaşadığı Candar kəndinə təyin edilmiş nümayəndəsi  Ə.Məmmədovu saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, saxlanılan şəxs dövlət əmlakını talamaqda və rüşvət almaqda ittiham edilir. Məlumata görə, həmin şəxs Türkiyə vətəndaşından 30 min lari alaraq dövlətə məxsus torpaqları bir il müddətinə ona icarəyə verib.

İttihamlar təsdiq olunarsa, saxlanılan şəxsi 7 ildən 11 ilədək həbs edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada sərnişin qatarı relsdən çıxıb

Sonrakı məqalə

Koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq