“Koronavirusla bağlı vəziyyəti nəzərə alaraq strategiyamıza dəyişiklik etmişik”- Azərbaycan Turizm Bürosu

“Koronavirusla bağlı hazırkı vəziyyəti nəzərə alaraq strategiyamıza müəyyən dəyişikliklər etmişik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. Onun sözlərinə görə, bu dəyişiklik cari ilin birinci yarımilliyində olan fəaliyyətlər üçün nəzərdə tutulub: “Müxtəlif sərgilərdə iştirak, tədbirlərin təşfiq olunması üçün təkliflər etmişik. Mütəmadi olaraq yerli sənaye nümayəndələri ilə görüşərək strategiyamıza müvafiq dəyişikliklər etməyə davam edirik. Bunun hansı formada edilməsinə gəlincə, məsələn, ötən həftə turizm şirkətləri, hotellər və agentliklərlə görüşmüşük və onların ilkin narazılığını eşitmişik. Bunun əsasında da müvafiq addımlar atırıq”.

B.Əsgərov qeyd edib ki, müxtəlif layihələrdə rəqəmsallaşmaya keçilib: “Müəyyən layihələri rəqəmsal platforma üzərindən çatdırmağı planlaşdırırıq. Yaranmış vəziyyətdən narahat olmağa ehtiyac yoxdur. Bundan istifadə etmək lazımdır. Bir daha yenidən düşünək, vəziyyətə fokuslanaq və təklif etdiyimiz məhsulları daha da yaxşılaşdıraq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elman Rüstəmov:

Sonrakı məqalə

“Banklarda valyuta çatışmazlığı problemi yoxdur”