Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianə 110 milyon manatı keçib

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 110 milyon manatı ötüb.

APA-nın məlumatına görə, bu günə kimi fonda 110 813 763 manat vəsait köçürülüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Uhan şəhərində 76 günlük karantin ləğv edilib

Sonrakı məqalə

Xüsusi karantin rejimində hansı hərəkətlər cəzaya səbəb olur?