2019-cu ilin aprelində ABŞ telekanalında efirə getmiş “Podium Layihəsi” teleşousunun bir buraxılışı hazırda internetdə ən çox baxılan videoya çevrilib.
Azpost.info bildirir ki, insanlar burada qəribə bir öncəgörmənin baş verdiyini deyirlər.
“Daily Star” bildirir ki, 2019-cu ilin aprelində efirə gedən növbəti buraxılışda dərzi-dizaynerlərə mankenlərin bədənini maksimum örtə biləcək geyim yaratmaq tapşırılıb.
Dizayner Kovid Kapur modellər üçün qırmızı kostyum və ağız -burunu bağlayacaq maska tikib.
Rolik bu günlərdə internetdə məhşurlaşıb. İstifadəçilər modelyerin adına və maskaya diqqət yetirərək hazırda bunların koronavirusun simvoluna çevrildiyini yazıblar.
Onların fikrincə, şounun yaradıcıları COVİD-19 infeksiyasının əvvəlcədən işarə vurublar.
Kovid Kapur isə jurnalistlərə deyib ki, bu dizaynla pandemiya barədə heç bir işarə vurmaq niyyəti olmayıb. Lakin bu iddianın maraqlı olduğunu vurğulayıb.