Kraliça II Elizabet hərəkət edə bilmir, parlamentin açılışına gəlməyəcək

Kraliça II Elizabet bu il Böyük Britaniya parlamentinin yeni qanunvericilik ilinin açılış mərasimində iştirak edə bilməyəcək.

96 yaşlı kraliça epizodik hərəkətlilik problemləri səbəbindən bir sıra ictimai tədbirlərdə iştirakını ləğv etməli olub.

Uels Şahzadəsi Çarlz və Kembric hersoqu Şahzadə Uilyam inaqurasiya mərasimində kraliçanın adından parlamenti açmaq səlahiyyətinə sahib olublar.

Bukingem sarayı tərəfindən edilən açıqlamada kraliçanın həkimləri ilə məsləhətləşdikdən sonra mərasimə qatılmamaq qərarına gəldiyi bildirilib Tədbirdə onun adından böyük oğlu şahzadə Çarlz danışacaq.

Kraliça taxtda olduğu 70 il ərzində cəmi iki dəfə 1959 və 1963-cü illərdə parlamentin inauqurasiya mərasimində iştirak edə bilməyib. Bu, onun 1963-cü ildən bəri qatıla bilmədiyi ilk açılış mərasimi olacaq.

Əvvəlki məqalə

“Avropa İttifaqına namizəd statusu ilə bağlı iyunda cavab gözləyirik” –

Sonrakı məqalə

HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR