Kraliça Yelizaveta “Xarı Bülbül” kompozisiyasına baxdı, “Xudayar təsnifini” dinlədi-VİDEO/FOTOLAR

Londonda 1-4 iyul tarixlərində keçirilən ənənəvi “Vindzor süvari şousu” (Royal Windsor Horse Show) başa çatıb.

Azpost.info bildirir ki, tədbirdə Britaniya kralişası Yelizaveta və kral ailə üzvləri iştirak edib. Şouda Azərbaycan nümayəndə heyəti də çıxış edib.

Tədbirdə Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinə həsr edilmiş “Xarı Bülbül” kompoziyası təqdim olunub.

Milli rəqslərin və at yarışlarının elementlərindən təşkil edilmiş kompozisiya Dövlət Sərhəd Xidmətinin çaparlarının ifasında nümayiş olunub. “Xarı Bülbül” böyük maraqla qarşılanıb.

Azərbaycan çaparlarının çıxışı “Şəhid Xudayar təsnifi”, Tofiq Quliyevin “Qaytağı” mahnısı və Polad Bülbüloğlunun “Məhəbbət və Ölüm” baletinin müsiqisi ilə müşayiət olunub. Böyük ekranda Azərbaycanın azad edilmiş əraziləri nümayiş edilib.

Proqram Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb.

Kraliça Yelizaveta Azərbaycan nümayəndə heyəti ilə görüşərək təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Orada qazma işi aparılmayıb, yayılan məlumat şayiədir” –

Sonrakı məqalə

Həbs qərarı götürülən Mübariz Mənsimov ilk dəfə “Palmali”yə gəldi: