“Orada qazma işi aparılmayıb, yayılan məlumat şayiədir” –SOCAR

“SOCAR tərəfindən layihə həyata keçiriləndə bütün risklər qiymətləndirilir”.

Bunu SOCAR-ın Geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov bildirib.

O deyib ki, risklər qiymətləndiriləndən sonra platformalar inşa edilir: “Xəzər dənizində vulkanlar mövcuddur, amma bunu tədqiq etmək üçün hər hansı layihədən əvvəl o yerlər öyrənilir. Risk ola biləcək yerlərə yaxın ərazilərdə platforma tikilməməsinə çalışılır”.

F. İbadov qeyd edib ki, baş vermiş hadisəni SOCAR rəhbərliyi operativ şəkildə diqqətdə saxlayıb, müvafiq mütəxəssis qrupu göndərilib və öyrənilib ki, palçıq vulkanı püskürüb: “Hadisə Daşlı adadan 2 km məsafədə baş verib. Həmin yerdə SOCAR-ın heç bir infrastrukturu yoxdur və qazma işi aparılmayıb. Yayılan məlumatlar şayiədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu adada vulkan axırıncı dəfə 1945-ci ildə püskürüb”-

Sonrakı məqalə

Kraliça Yelizaveta “Xarı Bülbül” kompozisiyasına baxdı, “Xudayar təsnifini” dinlədi-