Kreml ABŞ-ı Lavrova viza vermək öhdəliyinə əməl etməyə çağırıb

Kreml BMT Təhlükəsizlik Şurasında iştirak etməli olan Rusiyanın xarici işlər naziri Sergey Lavrova ABŞ-a viza verməkdən imtina edilməsini mənfi qiymətləndirib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O əlavə edib ki, ABŞ təşkilatın baş qərargahının yerləşdiyi ölkə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir: “ABŞ tərəfinin BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi öhdəliyi var və öz öhdəliklərini yerinə yetirməlidir”, – Peskov deyib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya XİN Ermənistanı və Azərbaycanı təmkinli olmağa çağırdı

Sonrakı məqalə

“ARB” kanalının yayımı 3 saatlıq dayandırılacaq